“Kitabxanaya kitab hədiyyə edirik” davamlı sosial layihə həyata keçirilir

Tokio, 3 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, “Kitabxanaya kitab hədiyyə edirik” davamlı sosial layihə həyata keçirilir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 2018-ci ildən “Kitabxanaya kitab hədiyyə edirik” davamlı sosial layihə həyata keçirilir. M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, Şərqdə Azərbaycan dilində “Divan” kitabı yazan ilk qadın şair, yazıçı-publisist Gülarə Munis yeni kitabını kitabxanaya hədiyyə etdi.
“Axtar dənizdə məni…” Gülarə Munisin iyirmi altıncı kitabıdır. Kitabda müəllifin müxtəlif illərdə yazdığı miniatürlər, esselər, novellalar, elegiyalar, qəzəllər və hekayələr toplanıb. Kiçikhəcmli bu əsərlər oxucunu sirli bir aləmə aparır, gah kövrəldir, gah düşündürür.
Kitabda qələmə alınan ədəbi nümunələrdə Vətən sevgisi, torpaq həsrəti, valideynə hörmət və ehtiram, insanlara məhəbbət, körpələrə qayğı, təbiətə sevgi kimi hisslər ön plana çəkilib.
Kitab iki hissədən ibarətdir. Birinci bölüm “Dəniz lövhələri”, ikinci bölüm isə “Çərşənbə arzuları”.
“Axtar dənizdə məni…” kitabı 2023-cü ildə “Füyuzat” nəşriyyatı tərəfindən nəşr edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts