IX Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda müzakirələr aparılır

Tokio, 17 iyun , /AJMEDIA/

Azərbaycanın paytaxtında IX Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda panel iclası keçirilir.
AJMEDIA xəbər verir ki, Latviyanın sabiq Prezidenti Vladis Zatlersin moderatorluğu ilə keçirilən panel iclasında Ermənistanla Azərbaycan arasında uzunmüddətli silahlı münaqişənin və öncəki müharibələr nəticəsində tamamilə pozulmuş münasibətlərin necə bərpa edilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik prosesləri, bu münasibətlərin potensial olaraq kimlər tərəfindən pozula biləcəyi və onların cəhdlərinin minimuma endirilməsi, dünya ölkələrinin Cənubi Qafqazda sabitlik və sülhü necə təmin edə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts