İşğaldan azad edilmiş torpaqlarımızda ekoloji araşdırmalara SOCAR-ın gənc ekoloqları da qoşulub

Tokio, 8 yanvar, /AJMEDIA/

İşğaldan azad edilmiş Qarabağ torpaqlarında ekoloji araşdırmalara SOCAR-ın gənc ekoloqları da qoşulub.

AJMEDIA xəbər verir ki, şirkətdən AZƏRTAC-a bildirilib ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsinə qoşulan SOCAR-ın gənc ekoloqları işğaldan azad olunan torpaqlarımıza (Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan və Ağdam rayonlarına) səfər ediblər. Səfər zamanı bu ərazilərin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işləri aparılıb, su və torpaq nümunələri götürülüb.

Ekoloji araşdırma nəticələri 1989-1993-cü illərin məlumatları ilə müqayisə olunacaq. Qiymətləndirmə nəticələri isə tviter üzərindən kampaniya ilə dünya ictimaiyyətinə “Qarabağı qoru” həştəqi ilə çatdırılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts