İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə

Tokio, 30 aprel , /AJMEDIA/

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi davam edir.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər, sayt tədris ili ərzində aktiv olacaq.
Qeyd edək ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts