İranda azərbaycanlı idmançıya 16 il həbs cəzası verildi

Tokio, 30 mart , /AJMEDIA/

İranda azərbaycanlı idmançıya 16 il həbs və 74 şallaq cəzası verilib.

AJMEDIA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, güneyli idmançı Səhənd Nurməhəmmədzadə bundan əvvəl edama məhkum edilmişdi. Lakin onun haqqında edam hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib.

İdmançının atası Cəfər Nurməhəmmədzadə deyib ki, bu rejim qeyri-insanidir və bir gəncin həyatını məhv edir.

“Beş dəqiqə ərzində keçirilən məhkəmədən bundan artığını gözləmək olmaz. Bir gənci necə 16 il həbsdə saxlamaq olar? Hökm çox ədalətsizdir. Bu rejim qeyri-insanidir və bir gəncin həyatını məhv edir”, – o deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts