İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

Tokio, 19 oktyabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 13-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir. İmtahana qeydiyyat noyabrın 10-dək aparılacaq.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında təşkil ediləcək imtahan kompüter vasitəsilə keçiriləcək.Bu günə olan məlumata görə, 8 nəfər qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts