İnformasiya Texnologiyaları İnstitutunda tədqiqatçıların elmi fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

Tokio, 17 yanvar, /AJMEDIA/

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında elmlər doktoru elmi dərəcəsi almaq üçün iddialı olan daha 2 tədqiqatçının dissertasiya işinə dair müzakirələr aparılıb.

İclasda “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intellektual idarə edilməsi metodlarının işlənilməsi” mövzusunda dissertasiya işi təqdim olunub.

Mövzuya dair çıxış edən institutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov işin qısa xarakteristikasını seminar iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, dissertasiya işinin məqsədinə mobil qurğularda meydana çıxan hesablama və yaddaş resurslarındakı məhdudiyyətlərin aradan qaldırılması, istifadəçilərin böyük hesablama və yaddaş resurslar tələb edən proqram əlavələrindən istifadə edilməsinin təmin olunması, şəbəkədə baş verən gecikmələrin azaldılması, məsələlərin emal vaxtının sürətləndirilməsi, nəticələrin istifadəçilərə sürətlə çatdırılması və s. daxildir.

İnstitutun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov üzərində işlədiyi doktorluq dissertasiyası haqqında ümumi məlumatı diqqətə çatdırıb. O bildirib ki, dissertasiya işinin məqsədi kiberfiziki sistemlərin effektiv idarə edilməsi və intellektual şəbəkə infrastrukturunun yaradılması üçün metod və alqoritmlərin işlənilməsidir.

Sonra məruzələrə dair fikir mübadiləsi aparılıb, iddiaçılar sualları cavablandırıblar.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək hər iki iddiaçının dissertasiya işinin aktual mövzulara həsr olunduğunu qeyd edib, elmi tədqiqatların dərinləşdirilməsi və yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts