İƏT-in Baş katibi təşkilata üzv ölkələrin universitetlərinə müraciət edib

Tokio, 8 dekabr , /AJMEDIA/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha bir-birinin güclü tərəflərini tamamlamaq üçün İƏT-ə üzv ölkələrin universitetləri arasında daha sıx əməkdaşlığa çağırıb.

AJMEDIA İƏT-in Baş Katibliyinə istinadla xəbər verir ki, Baş katibin müraciətinin mətnini onun elm və texnologiya üzrə müavini Asqar Mussinov dekabrın 7-də Kampala şəhərində keçirilən İslam Universitetləri Şurasının iclasında oxuyub.

Hissein Brahim Taha İslam ölkələri universitetlərini yeni texnologiyaların tətbiqi, elmi tədqiqatların aparılması və inklüziv təhsil prosesində innovativ həllərdən fəal istifadə edilməsi üzrə birgə layihə və proqramlar həyata keçirməyə çağırıb.

Şuranın iclasında İƏT-ə üzv ölkələrin universitetlərinin rəhbərləri, İslam Həmrəylik Fondu və Dünya Müsəlman Liqasının nümayəndələri iştirak ediblər

Follow us on social

Facebook Twitter Youtube

Related Posts