I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başlayıb

Tokio, 4 iyun , /AJMEDIA/

İyunun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.
AJMEDIA xəbər verir ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunan imtahan saat 11:00-da başlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda 118 imtahan binası, 2130 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 118 ümumi imtahan rəhbəri, 353 imtahan rəhbəri, 2667 nəzarətçi–müəllim, 366 buraxılış rejimi əməkdaşı, 118 bina nümayəndəsi cəlb edilib.
Bugünkü imtahanda 28864 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 26108 nəfər Azərbaycan, 2756 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 18657 nəfəri oğlan, 10207 nəfəri isə qızdır. 25699 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2822 nəfər əvvəlki illərin məzunudur. 33 nəfər ali təhsil müəssisələrinin, 310 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 140 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1962 ci ildən, ən gənci isə 2007-ci ildəndir.
İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyentin də iştirakı nəzərdə tutulur. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts