Heydər Əliyevin 100 illiyi münasibətilə UNEC-in təşkil etdiyi konfransda 4 kitabın təqdimatı olub

Tokio, 23 iyun , /AJMEDIA/

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanan “Bir əsrin iqtisadi portreti” adlı kitabın təqdimatı olub.
UNEC-dən AJMEDIA-ya bildirilib ki, yerli və xarici universitetlərin tədqiqatçılarının, eləcə də Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan UNEC doktorantlarının birgə hazırladığı kitabda Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafındakı rolu müxtəlif istiqamətlər üzrə təhlil olunaraq oxuculara çatdırılıb. Kitabın elektron versiyasının beynəlxalq elmi platformalarda indekslənməsi, yerli və xarici universitetlərin kitabxanalarının bazalarında yerləşdirilməsi nəzərdə tutulub.
Konfrans çərçivəsində Azərbaycan, türk və ingilis dillərində digər 3 kitabın da təqdimatı olub. İngilis dilində nəşr olunan “Exploring The Green Economy: Issues, Challanges and Benefits” kitabı yaşıl iqtisadiyyat, yaşıl investisiyalar, yaşıl maliyyə, yenilənə bilən enerji, yaşıl istehlak və s. mövzuları əhatə edib.
Strateji idarəetmədə nəzəriyyə və praktikanı bir araya gətirən və iş dünyasından real keys nümunələri ilə zəngin olan “Strateji İdarəetmə” kitabı Türkiyə və Azərbaycanın biznes və idarəetmə sahəsində uzun müddət tədqiqat aparmış, bir çox strateji layihələrə rəhbərlik etmiş elm adamları tərəfindən hazırlanıb. Bu, ali təhsil müəssisələrinin dərsliyi, eləcə də biznes dünyası ilə maraqlananların stolüstü kitabı olacaq. “Strateji İdarəetmə” kitabının elektron versiyası da istifadəçilərə təqdim olunacaq.
UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin yaradılmasının 30-cu ildönümü münasibətilə türk dilində nəşr olunmuş “Türk Dövlətləri İşbirliyi: Mövcud vəziyyət, potensial imkanlar və gələcəyə istiqamətlənmiş perspektivlər” kitabı da konfransda sərgilənərək, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts