“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda konfransa məqalə qəbulu davam edir

Tokio, 13 may , /AJMEDIA/

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən iyunun 14-də keçiriləcək “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransına məqalə qəbulu davam edir.
Muzeydən AJMEDIA-ya bildirilib ki, Ümummilli Liderin 100 illik yubileyinə həsr edilən respublika konfransına məqalə qəbulu mayın 22-dək qəbul olunur.
Respublika konfransı “Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” abidəsinin öyrənilməsində yeni mərhələ” və “Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi” bölmələrini əhatə edəcək.
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir. Məqalənin tərtib olunması qaydaları və konfrans haqqında ətraflı məlumat Ədəbiyyat Muzeyinin saytında yerləşdirilib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts