Tokio, 29 Oktyabr, /AJMEDIA/
Günəşdə güclü X sinifli partlayış qeydə alınıb.
AJMEDIA-nın məlumatına görə, bu barədə Rusiyanın Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında deyilir.
Məlumata əsasən, partlayış oktyabrın 28-da təxminən saat 19:17-də başlayıb və 31 dəqiqə davam edib.
Mütəxəssislər bildirir ki, iki gün ərzində Günəşdə 28 zəif, orta və güclü partlayış baş verib.