Görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyinə həsr olunan sərgi təşkil edilib

Tokio, 16 may , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib.
Bu barədə AJMEDIA-ya MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə elmi xidmət biblioqrafiyasının təməlini qoyan görkəmli alimin müəllifi olduğu “Kitabxana işinin iqtisadiyyatı” kitabı, Abuzər Xələfovun “Azərbaycanda kitabxana işinin təşkili” əsəri, “Kitabxanaşünaslığa giriş” dərslikləri, “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalın sayları və digər nəşrlər yer alıb.
Xatırladaq ki, Rasim Kazımovun 1954-2007-ci illərdə nəşr olunan 245 ədəbiyyatdan ibarət şəxsi kolleksiyası alimin vəfatından sonra ailəsi tərəfindən MEK-ə hədiyyə edilib.
2017-ci ildə MEK tərəfindən Rasim Kazımovun həyatı, elmi və pedaqoji fəaliyyətini əks etdirən 12 cildlik biblioqrafik göstəricilər çap olunub və elektron formatı hazırlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts