“Generalın sirli taleyi” kitabının təqdimatı olub

Tokio, 5 Dekabr, /AJMEDIA/

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilati dəstəyi ilə Bakı Kitab Mərkəzində Məhərrəm Zülfüqarlının “Generalın sirli taleyi” kitabının təqdimatı keçirilib.

AJMEDIA xəbər verir ki, general-mayor Məmməd Bağır Bağırovun 120 illik yubileyinə Azərbaycanın tarixi qələbəsinə və müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan kitabda İkinci Dünya müharibəsi illərində Bakı Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qərargahının rəisi, general-mayor Məmməd Bağır Bağırovun həyat və fəaliyyətindən bəhs edilir.

Təqdimat mərasimində “Azİz”in nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Orxan Musa, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə, professor Asif Hacıyev, generalın ailə üzvləri çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüb.

Qeyd edilib ki, II Dünya müharibəsi dövründə Bakı neft bölgəsinin müdafiəsinə rəhbərlik etmiş Azərbaycanın layiqli övladlarından biri olan general M.B.Bağırovun fəaliyyəti ilk dəfə araşdırılıb. Kitabda, həmçinin arxiv sənədləri əsasında üç böyük dövlətin – Böyük Britaniya, Fransa və Almaniyanın Bakı neft bölgəsinə hərbi təhdid etdiyinə dair tarixi faktların təhlili təqdim olunub.

Kitabın satışından əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT” Fonduna ianə ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts