“G7” ölkələri Rusiyanın enerji sektoruna qarşı yeni tədbirlər elan edəcək

Tokio, 15 may , /AJMEDIA/

Yaponiyada keçiriləcək sammitdə “G7” ölkələrinin liderləri Rusiya Federasiyasının enerji sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi, anti-Rusiya məhdudiyyətlərindən yayınmanın qarşısını alınması, eləcə də ixrac məhdudiyyətləri barəsində yeni tədbirləri elan etmək niyyətindədirlər.

AJMEDIA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Onun rəsmi şəxslər arasında olan mənbələrinə görə, “G7” dövlətlərinin liderlərinin mayın 19-21-də keçiriləcək iclasında elan edəcəkləri yeni tədbirlər “üçüncü ölkələrin iştirakı ilə sanksiyalardan yayınmanın” qarşısının alınmasına, Rusiya Federasiyasının enerji sektoruna zərərin vurulmasına, habelə “Rusiya Federasiyası Silahlı Qüvvələrinə dəstək verən ticarətin məhdudlaşdırılmasına” yönəldiləcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts