Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı keçiriləcək

Tokio, 14 oktyabr , /AJMEDIA/

Sabah Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
BŞTİ-dən AJMEDIA-ya bildirilib ki, imtahan oktyabrın 15-də saat 10:00-da paytaxtdakı 20 nömrəli məktəb-liseyin inzibati binasında təşkil olunacaq. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul istəyən 296 nəfər sənəd verib. İdarə tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirildikdən sonra 259 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib.
İmtahanda namizədlərə 40 test tapşırığının cavablandırılması üçün 80 dəqiqə vaxt veriləcək. Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər. İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts