Gənc alim Naxçıvan Universitetinə prorektor təyin edilib

Tokio, 11 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Gənc alim Naxçıvan Universitetinə prorektor təyin edilib Gənc alim Rza Məmmədov Naxçıvan Universitetinə beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin edilib.

Rza İbrahim oğlu Məmmədov 21 may 1989-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş, 1995-2006-cı illərdə Naxçıvan şəhər M.Ə.Seyidov adına 15 saylı tam orta məktəbdə təhsil almışdır.

2007-2010-cu illərdə Türkiyə Respublikası Anadolu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini müvəffəqiyyətlə, vaxtından əvvəl – 3 ilə bitirmişdir. 2010-2011-ci illər arasında həqiqi hərbi xidmətdə olan Rza Məmmədov, 2011-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisaslaşması üzrə magistratura pilləsində təhsil almışdır.

Eyni zamanda, 2011-2013-cü illərdə Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin mühasibi vəzifəsində çalışmışdır.
O, 2014-cü ildə Türkiyə Respublikasının Eskişehir Osmangazi Universitetinin Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilinə başlamışdır. 2018-ci ildə “Təhsilin standardı, təhsilin maliyyəsi və iqtisadi inkişafın ekonometrik təhlili” adlı dissertasiyasını müdafiə edərək 29 yaşında fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Paralel olaraq 2017-ci ildən Brüssel Universitetinin “Təhsil” fakültəsində müəllim vəzifəsində elmi-pedoqoji fəaliyyətə başlamışdır. 2020-ci ildən Naxçıvan Dövlət Universitetinin “Bələdiyyə və turizm” kafedrasının müəllimi, 2022-ci ildən isə həmin kafedranın dosenti olaraq elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.
Türk Dünyası və Tədqiqat Mərkəzinin tədqiqatçısı və 2017-ci ildən Brussels Capital Universitetinin məsləhəçti müəllimi vəzifəsindən çalışmışdır. 2020-2023-ci illər arasında Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar Bölməsinin müdiri və “Bələdiyyə və turizm” kafedrasının dosenti olaraq çalışmışdır.
Rza Məmmədov dəyərli ziyalı, yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə həyat missiyasına – Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması və inkişafı idealına sadiq qalır.

Bu mənada o, 2014-2018 illər arasında Azərbaycan Respublikası Diaspora Komitəsinin rəsmi təşkilatı olan Eskişehir Azərbaycanlılar Dərnəyinin “Nəzarət-təftiş komissiyasının sədri” vəzifəsini uğurla icra etmişdir. Millilik şüura sahib Rza Məmmədov, azərbaycançılıq ideologiyasından hərəkətlə dərnəyin çatısı altında “Üç Çizgi” jurnalını təsis edərək redaktorluğunu etmişdir.
2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 26-27 may 2018-ci il tarixində Eskisehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı, Anadolu Universitetininev sahibliyi və Türk İş Adamları Koordinasiya Agentliyinin dəstəyi ilə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” Beynəlxalq Konqresinin idea sahibi və təşkilat komitəsinin üzvü və tam metin kitabının Prof. Dr. Mehmet Topal ilə birliktə elmi redaktorudur.

2020-ci ildə Azərbaycan Respublikasının Diaspora Komitəsi tərəfindən “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması” sahəsində fəaliyyətinə görə təltif edilmişdir.

Gənc alim olan Rza Məmmədov National H-index Ranking beynəlxalq təşkilatı 2022-ci ildə Azərbaycanın ilk 1000 alimi siyahısına daxil etmiş və həmin ildə Azərbaycan Respublikası Təhsil İdarəçiləri Assosiasiyasının idarə heyətinin sədri seçilmişdir. 2023-cü ilin iyun ayından etibarən Xəzər Universitetinin tabeçiliyində yaradılan F2.49 Dissertasiya şurasında Elmi Seminarın üzvü təyin edilmişdir. O, hazırda həm Azərbaycanda, həm də Qazaxıstanda elmi dərəcəli kadrların yetişməsi istiqamətində doktorantlara elmi rəhbərlik etməkdədir.

Bununla yanaşı, o, təhsilin idarəedilməsi, planlaması, iqtisadiyyatı və liderlik sahəsində 10-dan çox kitabın müəlifi və həmmüəllifi, eləcə də 15-dən çox yüksək impakt faktorlu jurnallarda nəşr olunan elmi məqalənin və 20-dən çox respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə çıxışların müəlifidir. R.Məmmədov ABŞ, Yaponiya, Türkiyə, Almaniya, Rusiya və Gürcüstan və Azərbaycanda keçirilən bir sıra beynəlxalq təbdirlərdə, simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, və türk dillərində elmi əsərləri çap olunmuşdur.

Rza Məmmədov tədqiqat işlərində təhsilin idarəedilməsi, planlaması və iqtisadiyyatı proseslərin ümumi mənzərəsini yaratmaqla, təhsildə təşkilati strukturun formalaşdırılması, strateji planlaşdırma, strateji idarəretmə sistemi, təhsilin fəlsəfəsi və təhsil qurumunun idarəedilməsinin xüsusiyyətləri kimi mühüm məqamları nəzərdən keçirir. Rza Məmmədov kitablarında təhsilşünaslıqda aktual mövzulardan olan, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrində əldə olunan uğurları nəzər nöqtəsinə çəkmiş, təhsil qurumlarının fəaliyyətinin davamlılığının təmin edilməsinin sosial-iqtisadi və təşkilati əsaslarını dəqiqləşdirmiş və qazanılan uğurların hansı zəminə əsaslandığını müəyyənləşdirməyə müvəffəq ola bilmişdir.
Rza Məmmədov elmi üslubunda tədqiqat obyektinə sistemli yanaşma, hadisələri iqtisadi zaman kontekstində nəzərdən keçirmə, təhsil münasibətlərini daha geniş rakursda araşdırma kimi məziyyətlər səciyyəvidir. O, ziyali adının məsuliyyətini çiyinlərində ləyaqətlə dayışaraq uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti ilə mühüm tədqiqatların müəllifi kimi tanınır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts