Füzuli rayonunda silah-sursat aşkarlanıb VİDEO

Tokio, 10 yanvar, /AJMEDIA/

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər fasiləsiz həyata keçirilir.

AJMEDIA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkarlayıblar. Aşkar olunan 2 pulemyot, 2 ədəd “Faqot” və 1 ədəd “Kornet” tipli tank əleyhinə idarə olunan raket kompleksi, 4 qumbara, 3 avtomat sandığı, müxtəlif növ 18 mərmi və 317 patron aidiyyəti üzrə təhvil verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts