Fransa məktəblərində siniflər koronavirusa görə kütləvi şəkildə bağlanır

Tokio, 7 yanvar, /AJMEDIA/

Fransa hakimiyyəti koronavirus səbəbindən məktəblərdə sinifləri kütləvi şəkildə bağlayır.

AJMEDIA “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, artıq ölkədə 9202 sinif bağlanıb. Bu da ötən ilin yazından bəri ən yüksək göstəricidir. 2021-ci ilin aprel ayında Fransada pandemiya dövrü ərzində rekord sayda – 11 min sinif bağlanmışdı.

Fransa Təhsil Nazirliyinin yayımladığı press-relizdə ölkə ərazisində 28 təhsil müəssisəsinin tam bağlandığı bildirilir. Məktəb və siniflərin bağlanmasına şagirdlər və əməkdaşlar arasında yoluxma hallarının kəskin artması səbəb olub.

Nazirliyin məlumatına görə, hazırda tələbələr və şagirdlər arasında 47 min 453, təhsil müəssisələrinin əməkdaşları arasında isə 5631 yoluxma faktı təsdiqlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts