Firudin Qurbanov: 30 ilə yaxın davam edən işğal dövründə 993 təhsil müəssisəsi dağıdılıb

Tokio, 21 aprel , /AJMEDIA/

30 ilə yaxın davam edən işğal dövründə Qarabağ ərazisində 993 təhsil müəssisəsi dağıdılıb.
AJMEDIA xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi konfransda deyib.
Qeyd edək ki, konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görən Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub. Beynəlxalq konfransda Azərbaycanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya və Qazaxıstanın nüfuzlu alimləri də iştirak edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts