Filarmoniyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib

Tokio, 6 aprel , /AJMEDIA/

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.
AJMEDIA xəbər verir ki, musiqili gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solist Əməkdar artist Sahib Paşazadə (tar) ifasını dinləyicilərə təqdim edib.
Proqramda Fikrət Əmirov “1001 gecə” baletindən “Orgiya”, Tofiq Bakıxanov Tar və orkestr üçün Konsert №5, Azər Dadaşov Simfoniya №14 “Mələyin günü”, Həmid Vəkilov Tar və orkestr üçün Konsert №2 səsləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts