Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final turu mayın 15-də keçiriləcək

Tokio, 7 may , /AJMEDIA/

Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının final turu mayın 15-də keçiriləcək.
Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, final turunda iştirak etmək üçün şagirdlər mayın 6-dan 13-dək buraxılış vərəqəsini əldə edə bilərlər. Buraxılış vərəqəsinin yüklənməsi prosesi https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək.
Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.
Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts