Dünya əhalisinin 18 faizi rəqəmsal yoxsulluqdan əziyyət çəkir

Tokio, 3 aprel , /AJMEDIA/

Dünya əhalisinin 18 faizi – 1,4 milyard insan rəqəmsal yoxsulluq içində yaşayır.

AJMEDIA xəbər verir ki, İnternet Cəmiyyəti Fondu və “World Data Lab” təşkilatının apardığı araşdırma nəticəsində məlum olub ki, əhalinin 18 faizi gündə ən azı 40 dəqiqəlik internetə çıxışını ödəyə bilmir.

İnternet Cəmiyyəti Fondunun baş proqram direktoru Şan Robinsonun sözlərinə görə, internetə çıxış aztəminatlı insanlara məşğulluq, məlumat və təhsil baxımından imkanlar təqdim etməklə qlobal yoxsulluğun azaldılmasında mühüm rol oynayır.

Tədqiqat təsdiq edir ki, koronavirus pandemiyası internetin indi həmişəkindən daha vacib olduğunu göstərib. İnternetə çıxışın düzgün tənzimlənməsi iqtisadi artıma böyük müsbət təsir göstərə bilər. Rəqəmsal texnologiyalar kiçik istehsalçıları daha böyük bazarlarla əlaqələndirmək potensialına malikdir. Bu, kənd yerlərində yaşayan dünyanın ən ehtiyaclı insanlar üçün mənfəətini artırmaq üçün əla fürsətdir.

Araşdırmaya görə, rəqəmsal yoxsulluqdan əziyyət çəkənlərin yarısı Afrikada (709 milyon) yaşayır: Burundi, Madaqaskar, Malavi, Qvineya-Bisau, Toqo, Mərkəzi Afrika Respublikası, Ruanda və Zambiya.

Ən az internetə çıxışı olan ilk on ölkəyə Venesuela və Yəmən də daxildir.

Gender fərqi baxımından, yoxsulluğun digər göstəricilərində olduğu kimi, qadınların vəziyyəti daha pisdir. Onlar rəqəmsal yoxsulluq indeksinin 52 faizini təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts