Dövlət Sərhəd Xidməti: Ermənistan Müdafiə Nazirliyinin məlumatı yalandır

Tokio, 15 dekabr , /AJMEDIA/

Dekabrın 15-i saat 01:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir.
Qurumun mətbuat mərkəzindən AJMEDIA-ya bildiriblər ki, bu yalan məlumatı qəti olaraq təkzib edir və bu deziformasiyanın Ermənistan Müdafiə Nazirliyinin növbəti təxribatı olduğunu bildiririk.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts