Dövlət qulluğunda test imtahanı vermək üçün qeydiyyat davam edir

Tokio, 28 noyabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 18-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati icraçı (B növü) vəzifələr üzrə test imtahanları keçirəcək.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat Mərkəzin saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
İnzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin dekabrın 18-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat dekabrın 6-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə dekabrın 18-də saat 10:00-da, BB qrupu üzrə isə saat 11:00-da keçiriləcək.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə dekabrın 6-dək, AB, AC, BA qrupları üzrə isə dekabrın 15-dək aparılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts