Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı təşkil edilib

Tokio, 30 aprel , /AJMEDIA/

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bir nəfərin üzərində “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub və araşdırma aparılır.
Mayın 1-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts