Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat aparılır

Tokio, 29 sentyabr , /AJMEDIA/

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə noyabrın 2-si saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə noyabrın 10-u saat 23:59-dək aparılır. İndiyədək imtahanda iştirak etmək üçün AB, AC, BA qrupları üzrə 73, BB qrupu üzrə 97 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, imtahan noyabrın 13-də AB, AC, BA qrupları üzrə saat 10:00-da, BB qrupu üzrə isə saat 11:00-da keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts