Dövlət qulluğu üzrə daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Tokio, 27 aprel , /AJMEDIA/

Aprelin 6-da elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, daxili müsahibəyə 4 dövlət orqanında mövcud olan 7 vakant vəzifə çıxarılıb.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 13 namizədlə 13 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsabiqə müraciəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, dövlət orqanı rəhbərinin müşaviri (1 vakant yer üzrə 17 namizəd) üzrə yaranıb.
Müsahibələrin mayın 2-dən 12-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytındakı linkdən əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts