Dövlət Proqramının icrası zamanı hansı ixtisas sahələrinə üstünlük veriləcək

Tokio, 28 fevral, /AJMEDIA/

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının prioritet istiqamətləri müəyyənləşdirilib. Gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alacaqları ixtisas sahələrinin ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğunluğunun təmin edilməsi zəruridir. Azərbaycan Respublikasının uzunmüddətli davamlı və sürətli inkişafı üçün yüksəkrəqabətli insan kapitalı formalaşdırılmalıdır. Yüksəkrəqabətli insan kapitalına zərurət iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir.

AJMEDIA xəbər verir ki, bu, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda yer alıb. Bildirilib ki, Dövlət Proqramının icrası zamanı informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı üzrə prioritet ixtisas sahələrinə üstünlük veriləcək.

Qeyd edilən prioritet sahələr üzrə ixtisasların müəyyən edilməsi dünyada artan rəqabətə davam gətirə bilən iqtisadiyyatın formalaşdırılmasına töhfə verəcək yüksəkixtisaslı kadrların nüfuzlu xarici ali təhsil müəssisələrində hazırlanmasına imkan yaradacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts