Dövlət Proqramı üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq

Tokio, 14 mart , /AJMEDIA/

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq.

AJMEDIA xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsində yayımlanan “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda söyləyib.

Xatırladaq ki, proqrama sənəd qəbulu iyunun 15-dək davam edəcək.

2024–2025-ci tədris ili üzrə qəbul nəticələrindən asılı olaraq, iyul ayında ikinci sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Proqrama qəbulla bağlı elanın mətni Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts