Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Tokio, 5 fevral , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir. İmtahan aprelin 27-də DİM-in akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. İmtahana qeydiyyat martın 11-dək davam edəcək.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının TKT Modul 1, TKT Modul 2, TKT Modul 3, TKT Modul YL (azyaşlı öyrənənlərə dilin tədrisi) TKT Modul CLIL (dilin məzmunla inteqrativ tədrisi) üzrə imtahanlarını təşkil edir.

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə və tədris imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (CEPT) də təşkil edir.

İmtahana qeydiyyat üçün linkə daxil olmaq lazımdır. Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts