Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib

Tokio, 31 iyul , /AJMEDIA/

İyulun 31-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.
DİM-dən AJMEDIA-yq bildiriblər ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunub.
İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulurdu.
İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib.
İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
Avqustun 1-dən etibarən imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts