Dmitri Peskov: Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişinin imzalanmasına nail ola bilər

Tokio, 27 may , /AJMEDIA/

Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişinin imzalanmasına nail ola bilər.
AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O xatırladıb ki, tərəflər arasında olan məsələləri müzakirə etmək üçün Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri Moskvada toplaşacaqlar. D.Peskov deyib: “Qarşıya bütün məsələləri sonunadək yekunlaşdırmaq vəzifəsi qoyulmur, çünki hər halda, başlıca olan son nəticədir, burada heç kim vaxt dalınca qaçmır”.
Kremlin nümayəndəsi əlavə edib ki, “indi vəziyyət bir çox hallarda dəyişib və faktiki olaraq, konseptual şəkildə bu dəyişən şəraitlər yaxın gələcəkdə sülh sazişinin imzalanmasına imkan yarada bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts