Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsində 700-dən çox namizəd iştirak edəcək

Tokio, 24 iyul , /AJMEDIA/

İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AJMEDIA-ya bildirilib ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, namizədlər link vasitəsilə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts