DİM: “Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat davam edir

Tokio, 19 may , /AJMEDIA/

“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat davam edir.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək. İmtahan iyulun 29-da təşkil ediləcək. Son qeydiyyat tarixi iyunun 14-dür.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universitetinin Nəşriyyat və qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universitetinin Nəşriyyat və qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test – CEPT) də təşkil edir.
İmtahana qeydiyyat üçün Dövlət İmtahan Mərkəzinin saytındakı linkə daxil olmaq olar. Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts