DİM ötən il Qarabağda keçirilmiş antiterror tədbirləri haqqında məqalənin yenilənmiş variantını təqdim edib

Tokio, 14 mart , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) “2023-cü il 19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid yenilənmiş məqaləni Azərbaycan və rus dillərində təqdim edib.

DİM-dən AJMEDIA-ya bildirilib ki, mövzunun vacibliyi nəzərə alınaraq, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən “2023-cü il 19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna aid tapşırıqlardan da istifadə ediləcək.

2024-cü il “Abituriyent” jurnalının 2-ci nömrəsində rus bölməsi üçün ədəbiyyat (literatura) fənnindən dərc edilmiş “Metodiçeskiye rekomendasii po proizvedeniyam S. Rustamxanlı i B. Vaqabzade” məqaləsi ilə isə bu link vasitəsilə tanış olmaq mümkündür.

Mərkəz bir daha bildirir ki, hazırda məktəblərin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzular haqqında istifadədə olan dərsliklərdən bilgi almayıblar. Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts