DİM məşqçilik üzrə qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçən abituriyentlərə müraciət edib

Tokio, 17 iyun , /AJMEDIA/

Abituriyentlər Bakıda fəaliyyət göstərən 61-ci Qabiliyyət İmtahanı Komissiyası (məşqçilik) üzrə “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
– imtahana buraxılış vərəqəsini;
– sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);
– şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts