DİM dövlət qulluğu üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə müraciət edib

Tokio, 14 fevral , /AJMEDIA/

İnzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün fevralın 12-də keçirilmiş test imtahanında uğur qazanan namizədlər sertifikatlarını əldə edə bilərlər. Bunun üçün namizədlər fevralın 14-dən 27-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytına daxil olaraq müraciət formasını doldurmalıdırlar.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. Bildirilib ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:
– ali təhsil haqqında sənədin surəti;
– əmək kitabçasının surəti (olduğu halda);
– Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə (Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts