DİM dövlət qulluğu üzrə imtahana hazırlaşan namizədlərə müraciət edib

Tokio, 5 mart , /AJMEDIA/

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı proqramına dəyişiklik (AB vəzifə qrupu üçün) edilib. Belə ki, 27 dekabr 2001-ci il tarixli, 245-IIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədən düşməsi ilə əlaqədar həmin Qanuna aid mövzular proqramdan çıxarılaraq eyniadlı yeni Qanunda (14 iyul 2023-ci il, № 988-VIQ) öz əksini tapan müvafiq mövzularla əvəz edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Proqramla buradan tanış olmaq mümkündür.

Martın 17-də keçiriləcək imtahana bu mövzulara aid test tapşırıqları daxil edilməyəcək. Müvafiq dəyişiklik may ayından etibarən keçirilən imtahanlarda nəzərə alınacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts