DİM: 31 dövlət orqanında 83 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Tokio, 19 mart , /AJMEDIA/

Dövlət orqanları üzrə fevralın 22-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 31 dövlət orqanında mövcud olan 83 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 132 namizədlə 137 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsahibələrin martın 28-dən – aprelin 19-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı Mərkəzin saytında müvafiq linkdən əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts