Dağıstan ixracatçılarının Azərbaycana biznes missiyası planlaşdırılır

Tokio, 11 yanvar, /AJMEDIA/

2022-ci ilin birinci rübündə Dağıstan ixracatçılarının Azərbaycana biznes missiyası planlaşdırılır.

AJMEDIA xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Dağıstan İxraca Dəstək Mərkəzinin direktoru Ruslan Abaskuliyev arasında keçirilən işgüzar görüşdə bildirilib. Görüşdə Dağıstanın sənaye layihələrinə, turizm infrastrukturu müəssisələrinə, kənd təsərrüfatı sektoruna Azərbaycandan investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.

Həmçinin Dağıstan tərəfinin təşəbbüsü ilə hazırda Bakıda Dağıstan məhsullarının daimi “Show Room”unun yerləşdirilməsi imkanları nəzərdən keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts