Coğrafiya fənni üzrə seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə

Tokio, 7 iyun , /AJMEDIA/

Müəllimləri işə qəbulu müsabiqəsi və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarlar davam edir.
Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, iyunun10-u saat 15:00-da coğrafiya fənnindən imtahana hazırlaşan şəxslər üçün seminar olacaq. Seminarda iştirak etmək istəyən şəxslər iyunun 9-dək aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/QxH3uqwkf1RuLowt6
Seminar 240 nömrəli tam orta məktəbdə (Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 26) keçiriləcək və 2 saat davam edəcək.
Qeyd edək ki, seminarların mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts