Çindən Almaniyaya gedən yük qatarı Qazaxıstandan Azərbaycana yola salınıb

Tokio, 4 may , /AJMEDIA/

Çindən Almaniyaya gedən yük qatarı “Maestro Niyazi” gəmisi ilə Qazaxıstandan Azərbaycana yola salınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AJMEDIA-ya bildirilib ki, Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan ASCO Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki, “Maestro Niyazi” fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts