Kuala Lumpurda azyaşlılar üçün “Azərbaycanı boyalarla öyrənək” adlı boyama kitabı çap edilib

Tokio, 6 Dekabr, /AJMEDIA/

Kuala lumpurda Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə azyaşlılar üçün “Coloring and Exploring Azerbaijan” (“Azərbaycanı boyalarla öyrənək”) adlı boyama kitabı nəşr olunub.
AJMEDIA xəbər verir ki, malayziyalı məktəblilər və səfirliyimizin akkreditə olduğu digər ölkələrdə – Tailand Krallığı, Bruney Darüssəlam və Myanmada yaşayan həmvətənlərimizin övladları üçün nəzərdə tutulmuş vəsaitdə Azərbaycanın tarixi-mədəni irsinə aid təsviri nümunələrə yer verilib.
Azyaşlılar kitabda Azərbaycanın Şuşa qalası, Qız qalası kimi tarixi abidələri ilə tanış olmaqla yanaşı, Alov Qüllələri kimi müasir memarlıq nümunələrini də öyrənirlər. Həmçinin Xarı Bülbül, Azərbaycanın qədim musiqi alətlərindən tar, kamança və qaval, Qarabağ atı, Novruz bayramı, Azərbaycanın nağıl qəhrəmanlarından Göyçək Fatma və Cırtdan, eləcə də Azərbaycanın milli-tarixi geyimləri kimi tematik təsvirləri rəngləyərək, Odlar Yurduna səyahət edirlər.
Kitab qeyri-kommersiya məqsədilə “Shaker Sdn. Bhd” nəşriyyatı tərəfindən çap olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts