Cənubi Koreyada gəmi batıb, 9 balıqçı itkin düşüb

Cənubi Koreya sahillərində qayığın batması nəticəsində ən azı 9 balıqçı itkin düşüb.

AJMEDIA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

Ölkə hakimiyyəti bildirib ki, fevralın 4-ü axşam saatlarında Cənubi Koreyanın cənub-qərb sularında, yaşayış olmayan Debiçi adasından 16,6 km aralıda balıqçı qayığı aşıb. Üç ekipaj üzvü xilas edilib.

“Yonhap” agentliyi qeyd edib ki, Cənubi Koreya prezidenti Yun Sok Yol itkin düşənlərin axtarışı və xilas edilməsi üçün maksimum səy göstərməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts