Bursada Azərbaycanın iştirakı ilə TÜRKSOY mədəniyyət nazirlərinin iclası işə başlayıb

Tokio, 5 noyabr , /AJMEDIA/

Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Mədəniyyət Nazirlərinin Daimi Şurasının (TÜRKSOY) 39-cu iclası işə başlayıb.
AJMEDIA xəbər verir ki, iclasda Azərbaycanı mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasda Daimi Şura ötən dövrdə görülən işləri nəzərdən keçirib qarşıda duran vəzifələri müəyyənləşdirəcək.
Qeyd edək ki, bu gün, həmçinin Türk Dövlətləri Mədəniyyət Nazirlərinin Daimi Şurasının 39-cu iclasında iştirak edənlərin qatılımı ilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Şuşa-2023” türk dünyasının mədəniyyət paytaxtı fotosərgisinin açılışı olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts