Buraxılış imtahanlarının keçirilmə qrafiki müəyyən olunub

Tokio, 1 fevral , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 3-də və 10-da, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə martın 17-də, aprelin 7-si və 21-də keçiriləcək.

DİM-dən AJMEDIA-ya bildirilib ki, buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə mərkəzin saytında yerləşdirilən cədvəldə tanış olmaq mümkündür.

Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Xəzər, Sumqayıt, Abşeron, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki günə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, 1-ci və 2-ci hissə kimi adlandırılıb. Yaxın günlərdə hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.

İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts