Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi bir milyard dolları keçəcək

Tokio, 29 iyun , /AJMEDIA/

Azərbaycanla Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və qarşılıqlı maraqlar üzərində qurulub.
Ölkələrimiz arasındakı münasibətlər dünyanın digər qonşu ölkələri üçün nümunədir. Bu gün Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artması deyilənləri sübut edir.
AJMEDIA xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar-may ayları ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi 390 milyon ABŞ dolları təşkil edib. COVID-19 pandemiyasının dünya üzrə yayılmasına baxmayaraq, əminliklə söyləmək olar ki, 2022-ci il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 1,0 milyard ABŞ dollarını keçəcək.
S.İsmayılov deyib ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 765 milyon ABŞ dolları təşkil etmişdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts