Bu günə qədər Qarabağda 40 min ağac tingi əkilib

Tokio, 6 yanvar , /AJMEDIA/

İşğaldan azad olunmuş ərazilərdə 260 min hektar meşə fondumuz var.
AJMEDIA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində məlum olub ki, həmin ərazilərdə 50 min hektara qədər meşə ərazisi məhv olunub: “Bu ərazilərin bərpa olunması əsas hədəflərimizdən biridir. Qarabağda meşələrin bərpası üçün işlərə başlanılıb. Meşələrin inventarlaşmasının aparılması üçün Türkiyədən dəvət olunmuş mütəxəssislər yaxından bizə kömək edirlər. Bu günə qədər Qarabağda 40 min ağac tingi əkilib”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts