Bosniya və herseqovinalı Jasmila Zbaniç “2021-ci ilin Avropa rejissoru” mükafatını qazanıb

Tokio, 13 dekabr, /AJMEDIA/

Bosniya və herseqovinalı rejissor Jasmila Zbaniç 34-cü Avropa Film Mükafatı çərçivəsində “2021-ci ilin Avropa rejissoru” mükafatını qazanıb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Almaniyanın paytaxtı Berlində onlayn formatda keçirilən mükafatlandırma mərasimində Jasmila Zbaniçin rejissoru olduğu “Quo vadis, Aida?” filmi isə “Ən yaxşı Avropa filmi” mükafatına layiq görülüb.

Filmdə baş rolda Aida obrazını canlandıran aktrisa Jasna Duriçiç “Ən yaxşı aktrisa” mükafatını qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts